Cole Palmer: Karib dənizində yetişən istedad
Bölmə: İdman › ,Tarix: 23:32 28.01.2025
8 dekabr 2024-cü il, bazar günü, saat 14:27-dir. Möhtəşəm mənzərəyə baxmayaraq, St Kitts-in paytaxtı Basseterre yaxınlığındakı açıq hava barında gərginlik artmaqdadır, çünki günəş bütün gücü ilə döyür.
“Fitini çal, hakim!”,- deyə “Chelsea”(Çelsi) azarkeşi Cliff Brown bardakı böyük televizor ekranına qışqırır.
Londondan dörd min mil uzaqlıqda – burada azarkeşlər qış soyuğuna qarşı əlcəklər, şərflər və qalın gödəkçələr geyiniblər – Son Heung-min uzatma vaxtının altıncı dəqiqəsində qol vuraraq “Tottenham” üçün ümid qığılcımı yaradıb.
Bir neçə an sonra hər şey sona çatır. “Chelsea”(Çelsi) möhtəşəm derbidə 4-3 qalib gəlir, ardıcıl dördüncü liqa qələbəsini qeyd edir.
Brown bar taburesindən qalxaraq, matçı izləmək üçün toplaşan bir neçə yerli ilə birlikdə sevinir. O, Mançesterdə doğulmuş futbolçu Cole Palmer-in uğurunu qeyd edir, hansı ki, babası və ailə köklərinə hörmət əlaməti olaraq St Kitts və Nevis bayrağını butslarına həkk etdirib.
“Doğrusu, Cole Palmer-ə baxanda dərhal St Kitts və Nevis haqqında düşünmürsünüz”,- ölkənin idman naziri Samal Duggins deyir. “Amma bu, bizim irsimizin həqiqi bir hekayəsini danışır. Biz, əslində, müxtəlif insanların əridiyi bir qazanıq”.
BBC Sport, Cole Palmer-in hekayəsinin kiçik iki adalı ölkədə necə inanılmaz təsir buraxdığını öyrənmək üçün St Kitts və Nevis-i ziyarət edərək bu hekayəni üzə çıxarıb.
Mənbə :BBC Sport
Aytac Mustafayeva