ABŞ-dı bir ildir davam edən vərəm epidemiyası mütəxəssisləri təəccübləndirib

Bölmə: Dünya › ,
Tarix: 14:02 29.01.2025

Vəziyyət narahatlıq doğursa da, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) keçən həftə bir ştat səhiyyə rəsmisinin iddia etdiyi kimi, bunun ABŞ tarixindəki ən böyük vərəm epidemiyası olmadığını bildirib.

 

ABŞ-nin Kanzas ştatının Kanzas Siti bölgəsində bir ildir davam edən vərəm (tuberkulyoz) epidemiyası yerli mütəxəssisləri çaş-baş salıb. Lakin vəziyyətin narahatedici olduğu qəbul edilsə də, keçən həftə bir ştat səhiyyə rəsmisinin iddia etdiyi kimi, bu epidemiyanın ABŞ tarixindəki ən böyük vərəm epidemiyası olmadığı bildirilib.

 

Kanzas Universiteti Səhiyyə Sistemində yoluxucu xəstəliklər üzrə mütəxəssis Dr. Dana Hovkinson, "Hər il sadəcə bir neçə hal görməyi gözləyirik", – deyərək, yüksək yoluxma hallarının ciddi xəbərdarlıq olduğunu da sözlərinə əlavə edib.

 

Epidemiyanın başladığı 2024-cü ilin yanvar ayından bəri iki nəfər həyatını itirib. Kanzas ştatı Səhiyyə Departamentinin sözçüsü Cill Bronauq, ümumi əhali üçün ciddi bir təhlükənin olmadığını bildirib.

 

Vərəm dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəliklərdən biri olaraq qalır və yoluxma halları artmaqdadır.

 

2023-cü ildə dünya üzrə 1,25 milyon insan vərəmdən həyatını itirib və 8 milyon insan bu xəstəliyə yoluxub. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST – WHO) qeydiyyat aparmağa başlamasından bəri qeydə alınan ən yüksək yoluxma göstəricisidir.

 

ABŞ-da vərəm halları keçmişdə daha geniş yayılıb, lakin son illərdə yenidən artmağa başlayıb. 2023-cü ildə ölkədə 9.600-dən çox hal qeydə alınıb və bu, son 10 ilin ən yüksək göstəricisi kimi tarixə düşüb.

 

Mənbə: Euronews

Aygün Babayeva