Netanyahu Trampı Ağ Evdə görüşməyə dəvət edib

Tarix: 14:17 29.01.2025
İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək.
Netanyahunun ofisi səfərin fevralın 4-də baş tutacağını və onun Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici lider olduğunu bildirib.
Bazar ertəsi jurnalistlərə danışan Tramp, Netanyahunun konkret tarix vermədən onunla görüşmək üçün “çox yaxında” Vaşinqtona gedəcəyini söylədi.
Görüş İsrail və HƏMAS arasında müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmasından sonra Qəzzada ilkin altı həftəlik atəşkəsə riayət edildiyi vaxta təsadüf edir.
Ağ Ev görüşü, həmçinin keçən həftə Trampın Misir və İordaniyanın Qəzzadakı fələstinliləri qəbul etməsini istədiyini söylədikdən sonra, zolağı “söküntü yeri” kimi təsvir etməsindən sonra baş tutacaq.
Həm HƏMAS, həm də Fələstin Muxtariyyəti bu təklifi pisləyib. İordaniya və Misir də bu ideyanı rədd edib.
Bununla belə, Qəzzalıları qonşu ölkələrə köçməyə təşviq etmək ideyasını Netanyahu hökumətinin sərt sağçı üzvləri çoxdan irəli sürür.
Yanvar atəşkəs razılaşması HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu nəticəsində 1200-ə yaxın insanın ölümü və 251 nəfərin Qəzzaya girov götürülməsi ilə başlayan müharibəni dayandırıb.
Qəzzanın HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bildirib ki, əksəriyyəti mülki şəxslər olmaqla 47,350-dən çox fələstinli İsrailin növbəti hücumu zamanı həlak olub.
Mənbə: BBC News
Nərmin Həşimova