“Fenerbahçe”də Cengiz Ünder “Beşiktaş”ı qəzəbləndirdi, transfer baş tutmadı!

Bölmə: İdman › ,
Tarix: 19:24 29.01.2025

“Fenerbahçe”də Cengiz Ünder və “Beşiktaş”ın transfer danışıqlarındakı görüşmənin detalları bəlli olub. Cengiz Ünderin davranışı “Beşiktaş”ın qərarında təsirli olub.

 

Hücum xəttini gücləndirmək üçün bir müddətdir axtarışda olan “Beşiktaş” milli oyunçunu satınalma opsiyası ilə birlikdə 1,5 illik icarəyə götürmək üçün əzəli rəqibi “Fenerbahçe” ilə razılığa gəlmişdi. Klublar arasındakı razılaşmaya əsasən, Cengizin satınalma opsiyası 6 milyon avro olaraq müəyyənləşdirilib. Təcrübəli futbolçunun 4,2 milyon avro olan illik maaşı isə “Beşiktaş” və “Fenerbahçe” tərəfindən yarı-yarıya ödənəcəkdi.

 

Lakin dünən “Beşiktaş” ilə Cengiz Ünder arasında baş tutan görüşdə maaş məsələsində anlaşmazlıq yaranıb. Cengizin ona edilən təklifi qəbul etməyərək qiymət artırdığı və bu səbəbdən “Beşiktaş” rəhbərliyinin danışıqları dayandırdığı bildirilib. Bu gözlənilməz hadisədən sonra Cengiz Ünder transferindən qəti şəkildə imtina edilib. “Fenerbahçe”də qalması çətin olan təcrübəli futbolçunun başqa klublarla danışıqları davam etdirəcəyi qeyd olunub. Milli futbolçunun “Torino” başda olmaqla bəzi İtaliya klublarının gündəmində olduğu öyrənilib. Cengiz Ünder transferini bağlayan “Beşiktaş”ın sağ cinaha yeni oyunçu gətirmək üçün Avropa bazarına yönəldiyi vurğulanıb. “Beşiktaş” rəhbərliyinin gənc və perspektivli bir oyunçunu tezliklə heyətinə qatmaq üçün iş apardığı bildirilib.

 

Cengiz Ünder ilə razılığa gələn “Beşiktaş”da indi diqqət sol cinah müdafiəçisi və sol qanad oyunçusunun transferinə yönəlib. “Beşiktaş”, Jean Onana və Cher Ndour ilə yollarını ayırdıqdan sonra sol cinah müdafiəçisi və sol qanad transferlərini rəsmən açıqlayacaq. Baş məşqçi Ole Gunnar Solskjaer ilə daimi əlaqədə olan klub prezidenti Serdal Adalı yaxın zamanda lazımi addımları atacaq. Gənc və potensialı yüksək oyunçulara fokuslanan “Beşiktaş”ın müəyyən etdiyi futbolçularla razılıq əldə etdiyi, lakin Onana və Ndourun komandadan ayrılmasını gözlədiyi bildirilib. Onananın yenidən icarəyə veriləcəyi, Ndourun isə icarə müqaviləsini ləğv edərək “PSG”yə qayıdacağı qeyd edilib.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli