Taliscanın “Al-Nassr”a vidası Səudiyyə Ərəbistanda gündəm oldu!

Tarix: 19:26 29.01.2025
Taliscanın “Al-Nassr”a vidası Misir və bir çox ərəb ölkəsində onun çempionatda əldə etdiyi statistik göstəricilər vurğulanaraq xəbərləşdirildi.
Səudiyyə Ərəbistanı Pro League-in rəsmi internet saytı isə onun Cristiano Ronaldonu geridə qoymasına diqqət çəkdi. Misir mərkəzli Alhoria saytı Taliscanın ayrılığını “İnanılmaz statistik göstəricilər və uğurlarla Səudiyyə Ərəbistanına vida etdi” başlığı ilə təqdim edərək 30 yaşlı hücuma meyilli yarımmüdafiəçinin göstəricilərinə diqqət yetirdi. Onun liqa matçlarındakı performansı belə qiymətləndirildi:
Talisca, "Al-Nassr" forması ilə qeyri-adi performans göstərərək 78 oyunda çıxış edib, 62 qol vurub, 8 asist edib və ümumilikdə 70 qol töhfəsinə çatıb".
Futbolçunun qol vurma bacarığı başqa aspektdən belə vurğulandı:
“O, hər qol vurmaq üçün cəmi 6,2 dəfə zərbə endirməli olub ki, bu da onun dəqiq zərbələr vurmaqda diqqətçəkən uğurunu, texniki bacarığını və fürsətlərdən mükəmməl istifadə etmə qabiliyyətini əks etdirir".
Talisca haqqında ümumi qiymətləndirmədə isə bu sözlər qeyd olundu:
“Çin Liqasından gələn Talisca, qısa müddətdə "Al-Nassr"ın müasir tarixinin ən vacib oyunçularından birinə çevrildi və klubun var olduğu müddət ərzində bir çox qələbə və uğurlu nəticəyə böyük töhfə verdi. Talisca, "Al-Nassr" azarkeşlərinin sarı formanı geyinmiş ən yaxşı legionerlərdən biri kimi hər zaman xatırlayacağı unudulmaz bir xatirə qoyur".
Səudiyyə Ərəbistanı Pro League-in rəsmi internet saytı da Anderson Talisca’nın ölkəni tərk etməsini xüsusi səhifə ilə işıqlandırdı və onun statistik göstəricilərinə yer verdi. Taliscanın liqada cərimə meydançası xaricindən ən çox qol vuran oyunçu olduğu vurğulanaraq belə qeyd edildi:
“Taliscanın cərimə meydançasından kənardan vurduğu 14 qolu var. Cristiano Ronaldonun isə 12 qolu var".
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli