UEFA-dan Mourinho və “Fenerbahçe”yə cəza
Bölmə: İdman › ,Tarix: 20:05 29.01.2025
UEFA Nəzarət, Etika və İntizam Komitəsi, “Fenerbahçe” və Jose Mourinhonu “Lyon “matçının gec başlamasına səbəb olduqları üçün cəzalandırıb.
Sarı-lacivərdlilərin baş məşqçisi Jose Mourinho 5 min avro məbləğində cərimə və 1 oyunluq diskvalifikasiya cəzası alıb.
“Fenerbahçe” klubu isə 30 min avro cərimələnib.
Bu cəza səbəbilə Jose Mourinho, “Fenerbahçe”nin “Midtjylland”ilə oynayacağı matçda texniki zonada yer ala bilməyəcək.
Mənbə: TRT Spor
Aytac Mustafayeva