Putin ofis maşınından Trampa cavab verdi-Zelenski ilə, yox

Tarix: 14:47 30.01.2025
Diqqətəlayiq bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib. ABŞ prezidenti Donald Trampın müharibəni ən qısa zamanda razılaşma ilə bitirmək çağırışına cavab verən Putin bildirib ki, Zelenski qanuni olaraq vəzifəsi bitmiş bir şəxsdir. Ukrayna ilə danışsaq belə, razılaşma əldə edə bilmərik.
Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampın ultimatumuna “Ukrayna müharibəsi sizin üçün daha da pisləşmədən mümkün qədər tez razılaşma əldə edərək onu bitirin” cavabını verib. Putin: “Ukraynanın suveren dövlət olması şübhə doğurur. Onun rəhbəri Vladimir Zelenski də səlahiyyət müddəti qanuni olaraq başa çatan şəxsdir. Qeyri-qanuni Ukrayna administrasiyası ilə görüşsək belə, razılığa gələ bilmərik”, o cavab verib. Beləliklə, Putin üstüörtülü şəkildə bəyan etdi ki, müharibədən çıxmaq Ukrayna administrasiyası ilə deyil, ABŞ və Rusiya arasında sövdələşmə yolu ilə mümkün olacaq.
Putin ötən axşam rəsmi avtomobilindən Rusiya televiziyasına açıqlama verib. Trampın müharibəni bitirmə cəhdinə müsbət baxdığını vurğulayan Putin dərhal 180 dərəcə dönüş edərək, “Zelenskinin səlahiyyət müddəti 2024-cü ilin martında bitdi. Mən hələ də onunla dialoqa hazıram. Danışıqlar qrupu yarada və onları danışıqlara göndərə bilərəm. Halbuki belə bir görüş hüquq baxımından heç nə deyil. Ukraynada bir ilə yaxındır prezident seçkiləri keçirilmədiyi üçün artıq suverenliyi şübhə altında olan ölkənin hazırda qanuni lideri yoxdur. “Biz onunla görüşəcəyik, lakin müqavilə imzalaya bilmərik. Tramp administrasiyasının ABŞ-da xarici ölkələrə edilən bütün yardımları dondurma qərarının lehinə şərh edən Putin, “Ukraynaya pul və silah axını dayanan kimi münaqişə 1,5-2 ay ərzində bitəcək” -,deyib.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva