“Galatasaray”, “Fenerbahçe” və “Beşiktaş” UEFA Avropa Liqasında necə irəliləyəcək?
Bölmə: İdman › ,Tarix: 20:26 30.01.2025
Bu axşam UEFA Avropa Liqasında 8-ci və son həftənin oyunları keçiriləcək.
"Galatasaray", "Fenerbahçe "və "Beşiktaş"ın kubokda yol xəritəsi saat 23.00-da (GMT+3) başlayacaq matçlardan sonra bəlli olacaq.
Səfərdə “Galatasaray” Hollandiya təmsilçisi “Ajax”, “Fenerbahçe” Danimarka təmsilçisi “Midtyulland”, “Beşiktaş” isə Hollandiya təmsilçisi “Twente” ilə qarşılaşacaq.
İlk 7 matçdan sonra 36 komandalı Avropa Liqasında "Galatasaray" 13 xalla 9-cu, 9 xalla 23-cü, "Beşiktaş" isə eyni xalla 24-cüdür.
Pley-off mərhələsinə yüksəlməsi təmin edilən "Galatasaray" "Ajax"a qalib gəlsə, böyük ehtimalla liqa mərhələsini ilk 8-likdə tamamlayacaq.
Digər nəticələrdən asılı olmayaraq, “Fenerbahçe” və “Beşiktaş” pley-off mərhələsinə yüksəlmək üçün qalib gəlməlidir. Əks halda, hər iki komandanın taleyini digər qarşılaşmalar həll edəcək.
Mənbə: BBC News Türkçe
Nigar Həsənzadə