Trampın Suriya açıqlaması: "Bir qərar verəcəyik"

Tarix: 15:16 31.01.2025
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ əsgərlərinin Suriyadan çıxıb-çıxmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Bunu kimin dediyini bilmirəm, amma Suriya mövzusunda bir qərar verəcəyik".
İmzalama mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Tramp, İsrail mediasında ABŞ-ın Suriyadakı əsgərlərini çıxaracağına dair yayılan xəbərlərlə bağlı suala cavab olaraq bunları deyib:
"Bunu kimin dediyini bilmirəm, amma Suriya mövzusunda bir qərar verəcəyik. Biz Suriyaya müdaxilə etmirik. Suriya öz problemləri ilə məşğuldur. Orada onsuz da kifayət qədər qarışıqlıq var. Bizim ora qarışmağımıza ehtiyac yoxdur".
Meksika və Kanadaya gömrük vergisi qərarı
Tramp çıxışının davamında Meksika və Kanadaya gömrük vergisi tətbiq edəcəklərini bildirib: "Şənbə günündən etibarən Meksika və Kanadaya 25% gömrük vergisi tətbiq edəcəyik".
Əvvəl nə deyib?
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra verdiyi açıqlamada Tramp, "Onlar öz başlarının çarəsinə baxmaq məcburiyyətində qalacaqlar, çünki biz qarışmayacağıq. Fransa da qarışmayacaq",- deyib.
Mənbə: Haberler
Aygün Babayeva