“Gaziantep FK”da “Galatasaray” hazırlıqları davam etdi!
Bölmə: İdman › ,Tarix: 21:49 31.01.2025
Süper Liqanın 22-ci turunda “Galatasaray” ilə qarşılaşacaq “Gaziantep FK”da hazırlıqlar davam etdirildi.
Klubdan verilən məlumata görə, baş məşqçi Selçuk İnanın rəhbərliyi altında keçirilən məşq təxminən 1,5 saat davam edib.
İsinmə və koordinasiya hərəkətləri ilə başlayan məşq, ötürmə kombinasiyaları ilə davam edib. Geniş sahədə keçirilən ikitərəfli oyunla məşq başa çatıb.
Qırmızı-qara komandada müalicə prosesi davam edən Enric Saborit fərdi məşqlə kifayətlənib.
“Gaziantep FK”, sabah keçirəcəyi məşqlə hazırlıqlarını davam etdirəcək.
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli