Revmatizmanın əsas əlamətləri hansılardır?

Bölmə: Sosial › ,
Tarix: 21:10 25.02.2025

Revmatizm xəstəliyi əsasən oynaqları, ürəyi, sinir sistemini və dərini təsir edən iltihabi bir xəstəlikdir.

Mövzu ilə bağlı Gülzar Sadıqova "informator.az”a açıqlamasında bildirib ki, revmatizma dediyimiz revmatik qızdırma əslində bu uşaqlarda rast gəlinən bir xəstəlikdir, lakin revmatik xəstəliklərin 220-dən çox növləri vardır:

 

“Buraya sistem, kalogenos, generatil xəstlikləri və başqaları bu katoqoriyaya aiddir. Revmatik qızdırma uşaq yaşlarından baş verən xəstəlikdir, A qrupundan olan Beta hamalitik istaripikoklar ürəkdə problemlər yaradır. İlkin olaraq mənbə diş dibində və ponzilalarda ola bilər. Qematiken yola infeksiya ilkin olaraq, ürəyi zədələyir və sonra oynaqlara təsir edir və oynaqlara iz qoymadan keçib gedə bilər. Xəstəliyin əsas kordinal əlaməti ürəydə yaratdığı problemlər, kardit, miyo kardit ürəyin keçirici sisteminin pozulması, ürək qapaq qüsurları, iki taylı qapaq, üç taylı qapaq, mitral qapaq çatışmazlığı və ağciyar artileyası çatışmamazlığı və başqa problemləri ürəkdə yaratdığı problem kimi göstərə bilərik. Xəstəlik əsasən dediyim kimi uşaq yaşlarda yaranır və kəskin qızdırma ilə ilkin simptom özünü göstərir və sonra titrətmə,tərləmə,qızdırmaya xas olan xüsusiyyətlər özünü göstərir. Xəstəlik daha çox ürəyi zədələyir daha sonra sinir sistemini, böyrəkləri zədələyə bilir, amma ən çox iz buraxdığı orqan ürəkdir.Ürək də müalicə olunmayanda geri dönməz problemlər, hətta ürək çatışmamazlığı, ürək qüsurlarına qədər gətirib çıxarır. Belə uşaqlarda ilkin olaraq kliniki əlamətlərlə yanaşı para-kliniki müayinədə aparılmalıdır.Bura qanın yuyulma analizi aptilzulal kimi analizləri veririk və araşdırılır ki, antisiptarilizim nə qədərdi, o ilkin olaraq infeksiyanın orqanizimə vurduğu zərərdən 6 aya qədər davamlı gedə bilər. Belə halda qanda antisiptarilizm yüksələ bilir".

 

O həmçinin bildirib ki, xəstəlik bundan başqa sinir sisteminidə zədələyir - buna xareyalar deyirik, böyük, kiçik xareyalar deyilən növləri var:

 

“Bu prosesdə xəstələr əsir, ürəyi gedir, halı pisləşir, beynin hətta funksiyasının pozulmasına qədər gedib çıxır, lakin xareyada priferekt sinirlər(sinir əzələləri)zədələnir. Xəstəliyin müalicəsinə gəldikdə isə, xəstəliyin əsas müalicəsi pencinin qrupundan olan, antibiotiklərdən istifadə olunur. İlkin olaraq antibiotikə qarşı olan həssaslığı yoxlayırıq, yəni reaksiyanı gözdən keçiririk, əgər əks-təsiri yoxdursa davamlı şəkildə istifadə edirik. Daha sonra antibakteriyal müalicələr aparılır. Bol maye qəbul olunur. Vitamin vastələr ki, immun sistemini qaldıraq. Çünki müayinə zamanı imun sistemi düşmüş olur. Müalicələr davamlı şəkildə aparılır".


Ayşən Səlimova