Orta Dəhliz-Gürcüstanın iqtisadi gələcəyi necə olacaq?

Tarix: 15:50 27.02.2025
Gürcüstan Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələrini gücləndirmək istəyir.
Bu fikirləri "İnformator.az" saytına açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib. Onun sözlərinə görə, Orta Dəhliz layihəsi böyük perspektivlər vəd edən bir layihədir:
“Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu dəhlizin əhəmiyyəti daha da artıb. Bu dəhlizin əsas funksiyası Çin və Qazaxıstandan Xəzər dənizi üzərindən keçməklə Mərkəzi Asiya ölkələrinə və Çində istehsal olunan malların Avropaya daşınmasını təmin etməkdir”.
Şərhçi bildirir ki, bu baxımdan tranzit ölkələr, xüsusilə də Gürcüstan böyük əhəmiyyət kəsb edir:
“Xüsusilə də son zamanlarda ABŞ-ın Çinlə iqtisadi rəqabətinin genişlənməsi ilə bu layihənin əhəmiyyəti daha da artır”.
Z.Əmrəliyev sonda əlavə edir ki:
“Çünki ABŞ və Rusiya arasında hal-hazırda danışıqlar gedir və burada əsas məsələ, ABŞ-ın Çinin Avropaya mal daşımalarının qarşısını almağa çalışmasıdır. Orta Dəhlizin əhəmiyyəti daha da artır və Gürcüstan hökuməti bunun fərqindədir”, - deyə o, yekunlaşdırıb.
Nərmin Bayramova