Xocalı Memorial Kompleksi-Tarixin unudulmaz izləri

Bölmə: Siyasət › ,
Tarix: 16:11 27.02.2025

Xocalıda Memorial Kompleks yaradılacaq.


Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Samir Hümbətov bildirib:
“Xocalı Memorial Kompleksinin tikilməsi ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamın ən böyük əhəmiyyəti, bu kompleksin Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxacaq olmasıdır”.


Şərhçi qeyd edir ki, bu kompleks vasitəsilə biz bütün dünyaya erməni terrorunun və faşizminin əsl simasını göstərəcəyik, eyni zamanda Xocalı qurbanlarının xatirəsini əziz tutacağıq:
“Xocalı Memorial Kompleksinin tikilməsi, Xocalı qurbanlarının xatirəsinin yaşadılmasına və gələcək nəsillərin bu faciə barədə məlumatlı olmasına imkan verəcək”.


S.Hümbətov sonda vurğulayıb ki;
“Memorial Kompleks, Xocalıya gələn hər bir şəxsin bu məsələyə daha çox diqqət yetirməsinə səbəb olacaqdır”, - deyə o, yekunlaşdırıb.


Nərmin Bayramova