Buraxılış imtahanlarının fərqli günlərdə keçirilməsi-Nə dərəcədə ədalətlidir?

Tarix: 19:00 27.02.2025
Martın 2-si və 9-u tam orta təhsil üzrə buraxılış imtahanı keçiriləcək. Azərbaycan ərazisində imtahanların iki tarixdə keçirilməsinin səbəbi nədir və bu sistem ədalətlidirmi? Abituriyentlər bir imtahanın digərindən asan olduğunu iddia edirlər. Bu nə dərəcədə doğrudur?
Bu mövzu ilə bağlı fikirlərini Qoşqar Məhərrəmov "İnformator.az"a açıqlamasında bölüşüb:
“Buraxılış imtahanlarının iki tarixdə keçirilməsi keyfiyyəti və ədaləti bərpa etmək məqsədilə həyata keçirilir”.
Ekspertin sözlərinə görə, bu, başa düşülən bir təcrübədir:
“Abituriyentlər imtahanlardan birinin digərindən asan olduğunu iddia etsələr də, belə bir halla qarşılaşmamışıq”.
Ekspert bildirir ki, imtahanlar eyni qaydada, random üsulu ilə hazırlanır:
“Test tapşırıqları ümumi bir hovuzdan eyni üsulla seçilir və asan, orta, çətin suallar eyni faizdə təqdim olunur”.
Q.Məhərrəmov sonda əlavə edir ki, ədalət prinsipi tam şəkildə təmin olunur:
“Lakin bu tip şikayətlərin qarşısını almaq üçün DİM imtahanları eyni gündə təşkil edə bilər”, – deyə o, yekunlaşdırıb.
Xədicə Bayramlı