Zelenski ABŞ ilə qrant razılaşmasını qəbul etməyəcək- Nə baş verir?

Bölmə: Siyasət › ,
Tarix: 19:16 27.02.2025

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev ABŞ ilə razılaşma çərçivəsində borcun hətta qismən ödənilməsinə belə razı olmayacaq.


Bu fikirləri "İnformator.az"a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib:
“Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Amerika Ukraynaya verdiyi dəstəyi borc kimi deyil, qrant kimi təqdim edib, amma bəzi hallarda bu dəstək geri qaytarılmalıdır”.


Şərhçi bildirib ki, tərəflər arasındakı şərtlər razılaşma yolu ilə qəbul edilməliydi:
“Əlbəttə ki, tərəflər arasında şərtlər razılaşma yolu ilə qəbul edilməli idi. Lakin Amerika Prezidenti Donald Tramp, özünəməxsus şəkildə, bu məsələni gündəmə gətirdi”.


O.Qasımov qeyd edir ki, ABŞ Ukraynaya 350 milyard dollar dəyərində yardım edib və bunun qarşılığı alınmalıdır:
“Ukrayna isə 500 milyard dollarlıq yeraltı sərvətlərinin işlədilməsini Amerikaya həvalə etməlidir".


Oqtay Qasımov sonda əlavə edir ki, Amerika Konqresi Ukraynaya 175 milyard dollar ayrılmasını qərara alıb, amma bu məbləğdən yalnız 98 milyard dollar verilib:
“Avropa ölkələrinin də bu məsələyə etirazı Trampın qərarlarına müəyyən qədər təsir göstərib. Ukrayna da hazırki çətin vəziyyətdə Amerika ilə toqquşmamaq, daha çox uzlaşma yolunu seçmək məcburiyyətində qalacaq", - deyə o, yekunlaşdırıb.


Cansu Məmmədli