“Dərhal piştaxtalardan yığışdırılmalıdır”

Bölmə: Maraqlı › ,
Tarix: 21:46 27.02.2025

Süd istehsalçıları az yağlı südün bazarda satışına qarşı çıxıblar. Türkiyə Süd İstehsalçıları Mərkəz Birliyinin sədr müavini Cihat Şimşək noyabr ayından bəri piştaxtalara qoyulan 0,1% yağlı südə reaksiya verib. Yüzdə bir yağlı südün insan sağlamlığına zərərli olduğunu iddia edən Şimşək, "Bu süddən pendir, qatıq edə bilməzsiniz, içində yağ yoxdur",- dedi.

 

Sözügedən südün daha ucuz olduğunu vurğulayan Şimşək, "Keyfiyyətsiz, su kimi olan, suvarmada istifadə olunacaq rəngi südə bənzəyən bu məhsulun rəflərdən çıxarılmasını tələb edirik",-dedi.

Süd istehsalçıları həmçinin bir neçə dəfə saxtakarlıq edən və fırıldaq edən şirkətlər siyahısına daxil edilən şirkətlərin bağlanmasını tələb ediblər.

 

Mənbə:NTV haber
Asiman Vəliyeva