Beykoz Bələdiyyə Başçısı nəzarətə götürüldü

Tarix: 22:01 27.02.2025
Bələdiyyə sədri Köseler "tenderi saxtalaşdırma" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə ifadəsi alınmaq üçün Polis İdarəsinə aparılıb.
Beykoz Respublika Prokurorluğu, aralarında Beykoz Bələdiyyə Başçısı Alaattin Köselerin də olduğu 4 şübhəli haqqında "tender saxtakarlığı" ittihamı ilə həbs qərarı çıxarıb.
Digər tərəfdən, "tenderlərin saxtalaşdırılması" və "təşkilat yaratmaq, üzv olmaq və cinayətin törədilməsinə köməklik etmək" cinayətlərində şübhəli bilinən 17 nəfərin tutulması, axtarışı və müsadirə edilməsinə qərar verilib. Təlimata uyğun olaraq, Köseler və 20 şübhəli, İstanbul Vilayəti Təhlükəsizlik Müdirliyi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları vasitəsilə nəzarətə götürüldü.
Mənbə: a haber
Asiman Vəliyeva