Sızdırılmış səsyazmalar Yunanıstanın açıqlamalarını şübhə altına alır

Bölmə: Dünya › ,
Tarix: 22:28 27.02.2025

 

 

 

 

Sızdırılmış audio qeydlər Yunanıstanın rəsmi qurumlarının, içində 650 nəfərin olduğu bir miqrant qayığının batmasından əvvəlki hadisələrə dair açıqlamalarını daha da şübhə altına alıb.

 

"Adriana" gəmisi 14 iyun 2023-cü ildə səhər saatlarında – beynəlxalq sularda, lakin Yunanıstanın xilasetmə zonasında – batıb. Qayıq bir neçə gün əvvəl Liviyanı tərk edib.

 

Sonradan sağ qalanlar bildirmişdilər ki, Yunan sahil mühafizə xidməti qayığı xilas etməyə çalışarkən səhvən aşırıb və sonra şahidlərə susmaları üçün təzyiq göstərib.

 

Yunan sahil mühafizəsi bu iddiaları rədd edib və bildirib ki, onlar qayığa müdaxilə etməyiblər, çünki içindəkilər təhlükədə deyildi və öz istəkləri ilə İtaliyaya getmək istəyirdilər, Yunanıstana yox.

 

Lakin indi ortaya çıxan bir telefon zəngində Yunanıstanın xilasetmə koordinasiya mərkəzindəki naməlum bir şəxs miqrant qayığının kapitanına yaxınlaşan gəmiyə bildirməsini tapşırır ki, qayığın içindəkilər Yunanıstana getmək istəmir.

 

Sahil mühafizəsi bu səsyazmaları ilə bağlı açıqlama verməyib, lakin bütün mövcud sübutları fəlakəti araşdıran Dəniz Məhkəməsinə təqdim etdiyini bildirib.

 

CNN

Nuray Qurbanlı