Azərbaycanda influnser sahəsi nə qədər inkişaf edib?

Tarix: 22:42 27.02.2025
Günümüzdə tez bir zamanda məşhurlaşan, qazanc əldə edən şəxslərdən biri də influnserlərdir.
İnflunser və bloger arasında hansı fərqlər var?
Mövzu ilə bağlı media eksperti Hacıbəy Heydərli “informator.az”a açıqlamasında bildirib ki, son dövrlər sosial medianın inkişafı ilə bütün dünyada influnserlik və blogerlərik geniş yayılıb:
“İnflunser və bloger arasında fərq ondan ibarətdir ki, influnserlər kütləyə təsir edən şəxlərə deyilir. Onlar hansısa bir məhsulu, mövzunu hansısa istiqamətdə çalışıb, öz ətrafına insanlar toplayıb onlara öz təsir gücü ilə metodlar çatdıran şəxsdir.
Blogerlik-mediaya yaxın şəxslərdir. Əvvəl mətbuatda köşə yazarları olurdu. Amma Artıq blogerlər öz şəxsi fikri ilə hansısa mövzu ilə bağlı tənqidi yanaşması olan şəxslərə deyilir. Azərbaycanda influnserlər və blogerlər arasında fərq qoyulmur. Azərbaycan blogerlik sırf hansısa ixtisas üzrə peşəkarlaşan şəxslər çox azdırlar. Yəni blogerlik isə ola bilər, mətbəx, dəb, idman blogeri olsun. Bu sahə çox zəif inkişaf edib.
Azərbaycanda influnserlik son illər çox inkişaf edib. Xüsusən “instagram” sosial şəbəkisində buna şahid oluruq ki, influnserlər aktivdirlər. Son illər onlarında səhifələrində azalma müşahidə olunur. Bu, ümumi tendessiya ilə bağlıdır. Artıq “tiktok” “instagram”ı üstələyib.
Bu baxımdan da “instagram” influnserləri əvvəlki kimi aktiv deyillər. Öz dəsti-xətti ilə seçilən şəxslər var ki, bunlar öz yolunu tutublar. Onlar maddi qazanc əldə edirlər”.
Kəmalə Vəliyeva