Türkiyə və Yunanıstan 10 milyard dollarlıq ticarət hədəfinə fokuslanıb

Tarix: 16:32 05.03.2025
Son zamanlar ticarət və turizm kimi bir çox sahədə əməkdaşlığı inkişaf etdirən Türkiyə və Yunanıstan ticarət həcmini 10 milyard dollara çatdırmaq hədəfinə diqqət yetiriblər.
Türkiyə ilə Yunanıstan arasında başladılan "müsbət gündəm" prosesi səhiyyə, ətraf mühit, mədəniyyət və incəsənət, turizm, iqtisadiyyat və ticarət kimi bir çox sahədə əməkdaşlığı sürətləndirmək potensialına malikdir. İki ölkə arasında irəli sürülən və ticarət əlaqələrinin sürətləndirilməsi nəzərdə tutulan “pozitiv gündəm” təşəbbüsünün qarşılıqlı səfərlər və əməkdaşlıq müqavilələri ilə daha da intensivləşəcəyi gözlənilir. Prezident Rəcəb Tayyib Ərdoğan 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Toplantısı üçün 2023-cü ilin sonunda Yunanıstana səfər etdi və 7 ildən sonra keçirilən bu toplantıda iki ölkə arasında xarici ticarət həcminin 10 milyard dollara çatdırılması hədəfi müəyyən olundu. Qarşılıqlı səfərlər və danışıqların intensivləşdiyi bir vaxtda Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2024-cü ildə Türkiyəyə səfər edib. Ticarət, səhiyyə və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva
Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilib-İlham Əliyev
Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik-İlham Əliyev
Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur-Azərbaycan Prezidenti