İpoteka kreditləri üçün dövlət büdcəsindən 100 milyon manat ayrılacaq

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:38 11.03.2025

İpoteka Fonduna hər il dövlət vəsaiti ayrılır. 2017-ci ildən ipotekaya verilən mənzillər var ki, həmin mənzillərdə də daxil olmalar var. Hər il ipoteka fonduna dövlət büdcəsindən ayrılan vəsait həmin ilin payızında nizamnamə kapitalına çevrilir. Bu da potensialın gücləndirilməsi deməkdir.

 

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, verilən kreditlər isə yalnız bu 100 milyon manatla yekunlaşmır:

 

 

"Verilən ipotekadan daxil olmalar hesabına hər il fonddan müəyyən sərbəst vəsait yaranır. Həmin sərbəst vəsait hesabına vətəndaşlara kredit verilə bilir. Güzəştli kreditlər, sosial kreditlər verilir. 100 milyon manat dövlət büdcəsindən verilir. Bu, o deməkdir ki, imkanlar daha da genişlənir. Ötən ilə nisbətən ipoteka fonduna daxil olan vəsait artırılıb. İpotekaya ayrılan pul gələn il özünün yerinə qayıdacaq. İldən-ilə həm güzəştli ipotekaların sayı, həm də sosial ipotekaların sayı artır".

 

Nigar Səmədli