Rusiyanın Azərbaycanla yeni müqavilələr imzalamaq istiqamətində əsas hədəfi

Tarix: 20:01 12.03.2025
Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəliyi, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə fəal şəkildə çalışır. Bu nümayəndəlik, Rusiya və Azərbaycan şirkətləri arasında yeni müqavilələrin imzalanmasına dəstək vermək üçün müxtəlif tədbirlər həyata keçirir.
Mövzu ilə bağlı politoloq Eldəniz Əmirov "informator.az"a açıqlamasında bildirib ki, birmənalı olaraq sanksiyalar mərhələsində Rusiya öz qonşuları ilə iqdisadi münasibətlərin formatına yenidən baxmaqdadır:
"Eyni zamanda bütün mümkün variantlardan yararlanmağa çalışır. O cümlədən də, Azərbaycanla yeni müqavilələrin imzalanmasını təşviq olunması, ticarət nümayəndəliyindən dolayı birgə əməkdaşlığın stimullaşması üçün müvafiq addımların atılmasının tərəfdarıdır. Buna görə də hesab edirəm ki, ticarət nümayəndəliyinin əsas hədəfi iki ölkə arasında olan, kommersiya müqavilələrinin imzalanması və iqtisadi əlaqələrin genişləndirilməsidir. Bu eyni zamanda hər iki ölkə üçün yeni bazarlara çıxış imkanı və strateji sahələrdə əməkdaşlıq imkanları yaradacaqdır".
O həmçini bildirib ki, Azərbaycan da bütün qonşuları ilə paralel eyni zamanda multi-veqteral bir iqtisadi və siyasi diplomatik münasibətlər qurmaqdadır:
"Bu baxımdan, Rusiyada istisna deyildir, Azərbaycanın bu müqaviləni imzalamaqda məqsədi ilk növbədə ölkə iqtisadiyyatının xarici bazarlara çıxışdır. Eyni zamanda investisiyaların cəlb edilməsi üçün hər bir fürsətdən istifadə edilmək kimi qiymətləndirilə bilər".
Ayşən Səlimova