BMT ekspertləri İsraili ittiham edib

Tarix: 21:35 13.03.2025
BMT İnsan Haqları Şurasının sifarişi ilə hazırlanan hesabatda 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza və İordan çayının Qərb sahilində zorakılıq halları, o cümlədən təcavüz iddiaları sənədləşdirilib.
Hesabatda doğum evlərinin dağıdılması və Qəzzadakı bir klinikada embrionların məhv edilməsi, müəyyən bir qrupun doğuşunun qarşısını almaq strategiyası kimi qiymətləndirilir ki, bu da beynəlxalq hüquqa əsasən soyqırımı tərifinə uyğun gəlir. İsrail ittihamları "əsassız" adlandıraraq rədd edib. Baş nazir Netanyahu BMT İnsan Haqları Şurasını "anti-İsrail sirk" adlandırıb və hesabatı "yalan" kimi qiymətləndirib. BMT komissiyası hesabatı qurbanların və şahidlərin ifadələrinə, foto və video sübutlara, həmçinin vətəndaş cəmiyyəti və qadın hüquqları təşkilatlarının məlumatlarına əsasən hazırlayıb.
Beynəlxalq Ədalət Məhkəməsi hal-hazırda Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı soyqırımı ittihamı üzrə işi araşdırır. İsrail bu ittihamı qəti şəkildə rədd edir. 7 oktyabr hücumunda 1,200 israilli öldürülmüş, 251 nəfər girov götürülüb. Qəzza Səhiyyə Nazirliyinə görə, müharibə başlayandan bəri 48,520 fələstinli həlak olub, 2.1 milyon əhali isə dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb.
BBC News
Aydan Quliyeva