İstanbuldan qaçırılan məşhur Quadriga atları

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:35 14.03.2025

Quadriga tamamilə qızılla örtülən bürüncdən tökülüb və Makedoniyalı İskəndərin məşhur heykəltəraşı Lisippos Sakız adasında hazırlayıb. Roma imperatoru II Feodosius  Konstantinopola gətirib və Hipodromun əsas giriş qapısının üzərində ucaldılıb (bu gün həmin yerdə Sultanahmet meydanında Alman fəvvarəsi yerləşir).

 

Şayiələrə görə, bu dörd at dörd Müqəddəs Kitab yazıçısını təmsil edir. 1204-cü ildə Latın orduları IV Səlib yürüşü zamanı Konstantinopolu işğal etdikdə, ilk etdikləri iş şəhəri talan etmək və qırğın törətmək oldu. Bu qarət günlərində Quadriganı  venesiyalılar  sökərək Enriko Dandolonun əmri ilə Venesiyaya aparıldı.

Bu gün orijinal Quadriga heykəlləri San Marko kilsəsinin içərisində sərgilənir, kilsənin fasadında isə onların replikaları yerləşdirilib. Ümid edirik ki, bir gün bu möhtəşəm əsərlər aid olduqları torpağa geri qayıda biləcəklər.

 

Mənbə: Antik tarix

Türkan Kərimli