Yarışlar şəhəri-Magnesia Qədim şəhər stadionu

Tarix: 23:21 14.03.2025
Magnesia ad Maeandrum, yəni Menderes Magnesia, Türkiyənin Aydın vilayətinin Germencik rayonunda yerləşir və antik dünyanın ən böyük stadionlarından biri hesab olunur. Təxminən 50 min nəfərlik tutumu ilə Anadolunun ən möhtəşəm idman məkanlarından biridir.
Burada Artemis Leukophryne şənlikləri çərçivəsində müxtəlif idman oyunları, atçılıq və at yarışları keçirilirdi. Maraqlıdır ki, müasir stadionlarda tətbiq edilən kombinə bilet sistemi, loja və baş tribuna anlayışları artıq bu qədim arenada da mövcud idi. Stadionun podium divarlarını bəzəyən relyeflər isə onu digər stadionlardan fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Stadionun ümumi uzunluğu təxminən 190 metrdir və dövrünün mühəndislik və memarlıq möcüzələrindən biri sayılır.
Mənbə: Antik Dünyalar
Türkan Kərimli