Qədim Pompey şəhərləri-Neapol, İtaliya

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:51 14.03.2025

 

İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən qədim Pompey şəhərində aparılan arxeoloji tədqiqatlar zamanı əldə edilən bəzi tapıntılar Antikvarium Muzeyində, şəhər daxilindəki evlərdə və hətta hamam xarabalıqlarında sərgilənir.

 

Məlumdur ki, eramızın 79-cu ilində baş verən vulkan püskürməsi nəticəsində Pompey qısa müddət ərzində qaz, kül və lava parçaları buluduna büründü. Bu hadisə səbəbindən təxminən 2 min insan boğularaq həyatını itirdi.

Arxeoloqlar qazıntılar zamanı təxminən 1150 cəsəd aşkar ediblər. Əvvəlcə bu cəsədləri zədələmədən necə çıxaracaqlarını bilmədiklərindən, 1864-cü ildə qazıntılara rəhbərlik edən Cüzeppe Fiorelli yeni bir texnika hazırladı. Skeletlərin tapıldığı küllərdə bəzi dəliklər müşahidə olundu. İçəriyə baxdıqda skeletlər görünürdü. Fiorelli, bu deşiklərə gips tökməyi təklif etdi. Bir neçə gün sonra gips quruyub bərkiyəndə, kül qatı ehtiyatla təmizlənərək cəsədlərin formaları üzə çıxarıldı.

 

Mənbə: Antik Dünyalar

Türkan Kərimli