Bu insanlarda demansiya riski daha yüksəkdir

Tarix: 14:27 15.03.2025
Elm adamları yuxu problemləri, gecə tərləmələri və əhval dəyişikliyi kimi menopoz əlamətlərini yaşayan qadınların daha sonra həyatlarında narahatlıq, diqqətsizlik və sosial bacarıqların itirilməsi kimi demansiya əlamətləri göstərdiyini qeyd etdilər.
Araşdırmada hormon terapiyası alan qadınların davranış problemlərinin azaldığı bildirilərkən, bu müalicənin yaddaş itkisinin qarşısını almadığı qeyd edilib.
Bəzi elm adamları demansiya əlamətlərinin səbəbinin menopoz zamanı beynin sağlam fəaliyyətini dəstəkləyən estradiol hormonunun azalması ilə bağlı ola biləcəyi fikrini irəli sürürlər.
Mənbə: a haber
Nərmin Həşimova