"Qızıl qlobus-2026”nın tarixi açıqlandı

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:17 25.04.2025

Kino və televiziya dünyasının ən nüfuzlu tədbirlərindən biri olan “Qızıl qlobus 83-cü dəfə qaliblərini tapmağa hazırlaşır. “Oskar” mükafatının xəbərçisi kimi səciyyələndirilən mükafatlandırma mərasiminin tarixi rəsmən açıqlanıb.

 

“İnformator.az” xarici KİV-ə istinadən xəbər verir ki, mərasim həmişə olduğu kimi, 11 yanvar 2026-cı ildə Beverli Hillsdəki məşhur Beverly Hilton otelində keçiriləcək.

 

Əvvəlki illərdə olduğu kimi gecənin aparıcılığını məşhur komediya ustası Nikki Qleyzer edəcək.

Mükafata namizəd olacaq adlar 8 dekabr 2025-ci ildə açıqlanacaq.