“Traktor”dan dramatik qələbə

Bölmə: İdman › ,
Tarix: 23:21 25.04.2025

 

 

 

Futbol üzrə İran çempionatında 22-ci turdan təxirə salınmış matç keçirilib.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün lider “Traktor” səfərdə “Foolad”ın qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Maraqlıdır ki, matçın 90+20-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib - 1:1. 90+23-cü dəqiqədə isə güneylilər qələbə topunu vurub.

Xallarını 61-ə yüksəldən “Traktor” liderliyini davam etdirir. 2-ci pillədə olan “Sepahan”ın 56 xalı var.

Qeyd edək ki, İran çempionatında mövsümün bitməsinə 3 tur qalıb.