Problemli kreditlərin həcmi artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:44 28.04.2025

2025-ci il aprel 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.

 

İnformator.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur.

 

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.

 

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il martın sonuna isə 1,9 % olub.