“Azeri Light” ucuzlaşdı

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:11 29.04.2025

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,34 ABŞ dolları və ya 1,95% azalaraq 67,21 ABŞ dolları olub.

Qeyd edək ki, ötən həftə Azərbaycan neftinin qiyməti 68,55 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.