Şimali Koreya ilk dəfə olaraq qoşunlarının Ukraynaya qarşı döyüşdüyünü etiraf edib  

Bölmə: Siyasət › ,
Tarix: 21:22 29.04.2025

KCNA dövlət xəbər agentliyi xəbər verib ki, Şimali Koreya ordusu əsgərlərin Kursk bölgəsinin Rusiyadan "tam azad edilməsində" rol oynadığını iddia edib.

 

Əsgərlərin iki ölkə arasında imzalanan qarşılıqlı müdafiə razılaşması çərçivəsində Şimali Koreya lideri Kim Çen Inın əmri ilə göndərildiyi bildirilib. Kimin “Haqq uğrunda mübarizə aparanların hamısı qəhrəman və vətənin namusunun təmsilçiləridir”,- ifadələrinə də yer verilib.

 

Bəyanat Rusiyanın Şimali Koreya əsgərlərinin öz sıralarında döyüşdüyünü etiraf etməsindən bir neçə gün sonra verilib.

 

Mənbə: BBC

Səyyarə Mirzəyeva