Azərbaycanda fasiləsiz qaz təchizatı 5 dəfə artırılacaq

Tarix: 16:03 29.04.2025
Azərbaycanda qaz təchizatının fasiləsizliyinin 5 qat artırılması hədəflənib.
“İnformator.az” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda deyib.
Onun fikrincə, əsas hədəf texniki itkiləri 50 %-dən çox azaltmaq, plastik boru yeraltı qaz xətlərinin tətbiqi ilə şəbəkənin 10 000 + kilometrlik hissəsini modernizasiya etməkdir.
N.Abdullayev əlavə edib ki, müştəri məmnuniyyəti indeksini 1-ci pilləyə yüksəltmək, qaz şəbəkəsini rəqəmsallaşdıdmaqla SOCAR qrupunda aparıcı innovativ şirkət olmaq, bir kilometr üzrə kapital xərclərini 15 %-ə qədər azaltmaq da hədəflər sırasındadır.