Azərbaycanla Minsk qrupunun strukturlarının buraxılması bəyanatını imzalamaq mümkündür-Paşinyan

Bölmə: Siyasət › ,
Tarix: 19:44 29.04.2025

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edir.

 

Bu mövzuyla bağlı “İnformator.az” a politoloq Züriyə Qarayeva bildirir ki, rəsmi Bakının İrəvana yönəlik müəyyən şərtləri var ki, hələ də qarşı tərəf icra etməyib:

 

“Həmin şərtlər ATƏT-in Minsk qrupunun ləğvi və konstitusiya dəyişikliyidir. Konstitusiya dəyişikliyi məsələsində Paşinyan söz oyununa davam etməkdədir. Gah edəcəyini bildirir, gah seçkidən sonra ediləcəyini bildirir gah da buna ehtiyacın olmadığını, guya belə düzəlişə Azərbaycan konstitusiyasının da tabe tutulmalı olduğu kimi lazımsız iddialar irəli sürür. Minsk formatı ilə də bağlı son müddət məsələnin razılaşdırılması görüntüsü yaradılır. Ancaq istənilən halda Bakının irəli sürdüyü şərtlər haqlı və obyektiv şərtlərdir. O baxımdan sülh müqaviləsindən öncə icra olunması daha yaxşı haldır. Sülh müqaviləsi ilə eyni vaxtda edilməsi sanki prosesi uzatma cəhdi kimi görünür”.


Aysel Mirzəyeva