“İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub” -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:11 29.04.2025

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq”.

 

Bunu İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

 

 


Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycan və İran arasında sıx əməkdaşlıq mövcuddur:

 

 

“İran Prezidentinin Azərbaycana səfəri zamanı bir çox istiqamətlərdə həyata keçirilən təmaslar , prezitenlərin təkbətək görüşü , əldə olunan razılaşmalar , imzalanan sənədlər deməyə əsas verir ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək. İranla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyub. Bu da son illərdə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar çərçivəsində həyata keçirdiyi siyasətdir. İran da artıq yaxşı anlayır ki, Azərbaycan onun qonşusudur. İranla Azərbaycan daha çox iqtisadi əməkdaşlıq sahəsində irəliləyir. Azərbaycanın bölgədə müəllifi olduğu, reallaşdırdığı böyük layihələr , nəqliyyat kommunikasiya layihələrinin reallaşdırılması da İranla münasibətləri daha genişləndirir.
İran ərazisəndən Araz dəhlizinin keçməsi Azərbaycanın əsas hissəsindən Naxçıvana qədər gedən yol daimi maneəsiz gediş-gəlişin olması İran-Azərbaycan münasibətlərinin inkişafına böyük təkan verəcək”.

 


Politoloq qeyd edib ki, İranla Azərbaycan arasında zaman-zaman gərginliklər olub:

 

 

“Xüsusilə İranın Azərbaycana qarşı müəyyən qərəzli siyasəti olub. Yəni bu istiqamətdə Azərbaycan da zaman-zaman öz qətiyyətli və sərt siyasətini bildirib. Amma bu münasibətlər sonradan Azərbaycanın səyi nəticəsində normallaşıb. Bu gün də münasibətlərin normallaşması birbaşa olaraq Azərbaycanın yürütdüyü siyasət nəticəsində baş verib. Bundan sonra bir çox qüvvələr olacaq ki, bu münasibətlərə xələl gətirsin , İranla Azərbaycan arasında problem yaratsın. Bunları hər iki tərəf yaxşı anlayır. Ona görə də münasibətlərin gərginləşməsi məsələsi baş tutmayacaq”.

 

 


Kəmalə Vəliyeva