Trampın ilk 100 gününə damğa vuran altı dönüş nöqtəsi

Tarix: 20:47 29.04.2025
Prezident Trampın indiyə qədər atdığı addımların təsiri Amerikan həyatının hər bir sahəsində hiss olunur. Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə vurğulamışdı ki, Ağ Evə qayıdan kimi dərin dəyişikliklər həyata keçirməyə qərarlıdır.
Lakin çox az adam bu dəyişikliklərin bu qədər sürətli olacağını təxmin edə bildi. Tramp vəzifəyə başladığı üç ay ərzində sələflərində nadir hallarda müşahidə olunan şəkildə prezident səlahiyyətindən istifadə etdi.İmzaladığı prezident fərmanları və sosial şəbəkələrdə böyük hərflərlə elan edilən siyasət dəyişiklikləri ilə Trampın yaratdığı fırtına Amerikanın gündəlik həyatının hər küncünə sirayət edib.
Mənbə: BBC News
Fatimə Heydərova