Hindistan və Pakistan arasında nələr baş verir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:53 29.04.2025

Hindistan və Pakistan arasında uzun illərdir davam edən gərginlik var. Zaman-zaman baş verən gərginlik bölgədə sabitliyi pozur, hərbi toqquşmalara səbəb olur. Hazırda da iki ölkə arasında vəziyyət gərgin olaraq qalır.

 


Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistan və Hindistan nüvə ölkələridir:

 


“Nüvə ölkələrinin müharibə etməsi, qarşı-qarşıya gəlməsi dünya ictimayəti birmənalı qarşılamır. Hər iki ölkə arasında tarixdə dəfələrlə toqquşmalar olub. Bu insidentlərin də gözlənilməz olduğunu demək yanlış olar. Bəlli idi ki, münaqişə yenidən gündəmə gələcək. Kəşmir münaqişəsi kifayət qədər köklü münaqişədir. Hazırkı gərginliyin əsas səbəbi Pakistandakı Narendra Modi hakimiyyətinin radikal hindu milliyətçiliyi aparan hökumətin sərgilədiyi anti-islam və Pakistanın mövqeyi ilə bağlıdır. Faktiki olaraq son insidentlər də əslində Kəşmir ətrafında baş verir. Bu məsələdə Hindistan Pakistanı günahlandırır. Görünən odur ki, süni gərginlik yaratmağa çalışır. Qarşı-qarşıya gələn bu iki qüvvə bəsit qüvvə deyil. Pakistanın ən böyük dəstəkçilərindən biri Çindir. Çin də Hindistanla rəqib olduğu üçün aralarında tez-tez sərhəddə təxribatlar və atışmalar olduğunu nəzərə alsaq, Hindistan bu məsələdə Çini də qarşısına alacaq. Amerikanın da məsələyə baxışı var. Böyük Britaniyanın da keçmiş müstəmləkələrinə baxışı çox fərqlidir. Tərəflər arasında əvvələr olduğu kimi kiçik çaplı sərhəd atışmaları, insidentlər böyüyə bilər. Amma müharibə etabına gəlməsi gözlənilən deyil. Bu faktiki olaraq nüvə müharibəsi deməkdir. Biz bu günə qədər nüvə müharibəsi görmədik. Çünki belə bir müharibənin tələfatı böyük olacağından böyük dövlətlər buna icazə verməyəcək. Bir müddət sonra proseslər səngiyəcək”.

 

 


Əminə Əliyeva