Narin Güran işi üzrə rəy tamamlandı: 15 müttəhimə 5 ilə qədər həbs istəndi

Bölmə: Dünya › ,
Tarix: 21:14 29.04.2025

Narin Güran qətlində 3-ü uşaq olmaqla 15 müttəhimin mühakimə olunduğu işdə yeni bir inkişaf olub. 

 

Prokuror rəyini tamamlayarkən 3-ü uşaq olmaqla 15 təqsirləndirilən şəxsə 6 aydan 5 ilə qədər həbs cəzası istəyib. Narin qətli işi üzrə hakim qarşısına ilk dəfə Narinin qohumları çıxıb və iş üzrə saxlanılan şəxslərin həbsdə saxlanmalarının davam etdirilməsi qərara alınıb. 

 

Digər tərəfdən, məhkəmə mayın 2-nə təxirə salınıb. 6-sı həbsdə olan, 3-ü uşaq olmaqla 15 təqsirləndirilən şəxsin cinayətkara tərəfdarlıq ittihamı ilə mühakimə olunduğu işdə 17-ci Cəza Məhkəməsinin prokuroru mahiyyəti üzrə rəy verib. 10 səhifəlik rəydə 6-sı saxlanılan, 3-ü uşaq olmaqla 15 təqsirləndirilən şəxsə 6 aydan 5 ilə qədər həbs cəzası istənilib.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı