Sudan Birləşmiş Ərəb Əmirliyi ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib

Tarix: 21:32 06.05.2025
Sudan Birləşmiş Ərəb Əmirliklərini vətəndaş müharibəsi zamanı müdaxilələrini əsas gətirərək "təcavüzkar ölkə" elan edib və diplomatik əlaqələri kəsmək qərarına gəldiyini açıqlayıb.
Sudanda davam edən vətəndaş müharibəsi regional tarazlığı dərindən sarsıdır və diplomatik münasibətlərdə ciddi qırılmalara səbəb olur. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) son sülh çağırışından sonra Sudan rəhbərliyi gözlənilməz addım atıb. Xartum administrasiyası BƏƏ-ni müharibənin tərəfi elan edərək, ona “təcavüzkar ölkə” statusu verdiyini və iki ölkə arasında diplomatik əlaqələrin rəsmi şəkildə kəsildiyini açıqlayıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı