Ştaynmayer yeni kabinet üzvlərini təsdiqləyib

Tarix: 22:16 06.05.2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yeni federal hökumətin tərkibini rəsmən təsdiqləyib.
“İnformator.az” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Sizə böyük məsuliyyət düşür: “Ölkənin rifahı naminə fəaliyyətinizdə sizə uğurlar arzulayıram”, - Ştaynmayer deyib.
Qeyd edək ki, Bundestaq ikinci cəhddə səs çoxluğu ilə Fridrix Mertzi Almaniya Kansleri seçib.