Yenilənə bilən enerji mənbələri-ŞƏRH

Tarix: 17:33 10.05.2025
Yenilənə bilən enerji mənbələri son illərdə qlobal miqyasda ən çox diqqət çəkən mövzulardan birinə çevrilib. Ətraf mühitin mühafizəsi, enerji təhlükəsizliyi və davamlı inkişaf baxımından bu mənbələrin rolu getdikcə daha da əhəmiyyət qazanır.
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, yenilənə bilən enerji mənbələrinin bir çox üstünlükləri vardır:
"Birinci üstünlük ondan ibarətdir ki, bu cür enerjilər istehsal olunanda yanacaqdan istifadə olunmur və atmosferə nə istixana qazları, nə də çirkləndiricilər atılır. Bu onların əsas ekoloji xüsusiyyətlərindən biridir. Məhz buna görə də yenilənə bilən enerjidən istifadə iqlim dəyişmələri ilə mübarizədə əsas açar rolunu oynayır. Hazırda dünya ölkələri çalışırlar ki, özlərinin gündəlik enerji sərfiyyatını məjz yenilənə bilən enerji hesabına ödəsinlər. İkinci üstünlük isə ondan ibarətdir ki, bu enerji növləri ümumiyyətlə, tükənən deyil. Yəni, neft, qaz, daş kömürlə müqayisədə külək və Günəş enerjisi tükənmir və adından da göründüyü kimi daim yenilənir. Biz onları limitsiz olaraq istifadə edə bilirik. Buna görə də yeni yenilənə bilən enerji mənbələrini çox qiymətli enerji mənbələri hesab edirik. 2015-ci il Paris razılaşmaları çərçivəsində ölkələr belə öhdəlik qəbul etdilər ki, hər bir ölkə öz ərazisində atmosferə atılan istixana qazlarının miqdarını azaltsın. Bu istiqamətdə müəyyən olunmuş töhvə sənətləri də qəbul olundu. Ölkələr öhdəliklər götürdülər ki, enerji istehsalının hansı hissəsi yenilənə bilən enerjilər hesabına əldə edəcəklər. Bu sahə Avropa ölkələri kifayət qədər öndədir. Almaniya, Fransa, İtaliya, Niderland, Danimarika kimi ölkələrinenerji istehsalının əksəriyyəti yenilənə bilən enerji hesabınadır. Bu istiqamətdə Yaponiya, Cənubi Koreya, Avstraliya çox ciddi tədqiqatlar aparır ki, Günəş enerjisini yaşıl hidrogenə çevirmək üçün daha müasir texnologiyalar istifadə olunsun. Əlbəttə, burada texnoloji inkişafa çox böyük ehtiyac var. Hazırda Günəş panelləri və külək enerjsi avadanlıqları vasitəsi ilə elektrik enerjisi əldə edilir. Amma hələki bu özünün başlanğıc mərhələsindədir. Ola bilsin ki, gələcəkdə daha müasir texnologiyalar olsun. Burada bir həssas məqam ondan ibarətdir ki, Günəş enerjisi istehsal olunadan sonra onu hansısa bir müddət üçün saxlamaq kifayət qədər çətin olur. Buna görə də tədqiqatçılar çalışırlar ki, onu saxlamaq üçün yaşıl hidrogen və yaşıl ammonyak əldə etsinlər. Yaşıl hidrogenin köməyi ilə bu enerji neft və qaz kimi qeyri-məhdud bir zaman üçün saxlanıla bilər. Sadəcə yaşıl hidrogenin çatışmaz cəhəti odur ki, hidrogenin maye halına salmaq üçün çox böyük enerji tələb olunur. Hidrogen -255°-də maye halına düşür. Bunun üçün insanlar daha çox yaşıl ammonyakın saxlanılmasına üstünlük verirlər. Yaşıl ammonyakı həm daşımaq, həm də saxlamaq daha asandır, daha ucuz başa gəlir. Həm də yaşıl ammonyak təxminən neftə və qaza bərabər olan bir yanacaqdır. Onun saxlanılması qədər də təhlükəli deyil. Yəni, yanmaq xüsusiyyəti baxımından hidrogendən bir qədər zəifdir".
Billurə Quliyeva

1 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir.
Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilib-İlham Əliyev
Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik-İlham Əliyev
Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur-Azərbaycan Prezidenti