Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının yekunlarını açıqladı

Tarix: 19:45 16.05.2025
"Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqların yeni raundunun keçirilməsi barədə prinsipial razılıq əldə ediblər".
"İnformator.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" hesabında yazıb:
"Bu gün sülhə nail olmaq üçün vacib gündür. Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüş keçiriblər. Tərəflər yeni görüş barədə prinsipial razılıq əldə ediblər", - o qeyd edib.
Fidan tərəflərin 1000 nəfərlik əsir mübadiləsi və atəşkəs təklifləri barədə razılaşdığını təsdiqləyib.
Türkiyəli nazir həmçinin Ankaranın Moskva ilə Kiyev arasında sülhün təmin edilməsinə kömək edəcəyini vurğulayıb.