ABŞ-dən kritik Rusiya mesajı

Bölmə: Dünya › ,
Tarix: 19:48 16.05.2025

 

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh prosesində mühüm irəliləyişlərin əldə olunduğunu bildirərək, Rusiyanın razılaşmaya hazır olduğunu söyləyib. Tramp, “Düşünürəm ki, Rusiya razılaşmaya hazırdır. Məncə, Rusiya ilə artıq bir razılığa gəlmişik, indi isə Zelenski ilə razılaşmalıyıq", ifadələrini işlədib.

 

Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı hansı siyasəti izləyəcəyi barədə verilən sualı cavablandıran Tramp, “Əgər hər iki tərəf xoşbəxtdirsə, hər ikisi razılaşma imzalayıbsa, qalanı məni maraqlandırmır. Mənim favoritim yoxdur,” deyə açıqlama verib.

 

ABŞ Prezidenti Tramp, Ukrayna Prezidenti Zelenskinin “Ukrayna Krımın işğalını hüquqi cəhətdən tanımayacaq” yönündəki bəyanatının Rusiya ilə aparılan danışıqlar baxımından “son dərəcə zərərli” olduğunu qeyd edib.

 

Tramp ötən gün Ağ Evdə verdiyi açıqlamada, Rusiya-Ukrayna prosesinin müsbət istiqamətdə getdiyini bildirərək, “Rusiya-Ukrayna razılaşmasının bu həftə baş vermə ehtimalı olduqca yüksəkdir", - deyə bildirib.

 

Trampın xüsusi nümayəndəsi Stiv Vitkof da ötən həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, Ağ Ev danışıqların müsbət keçdiyini və Vitkofun bu həftə yenidən Moskvaya gedəcəyini açıqlayıb.

 

Haberler.com

Aygün Babayeva