Eurovision finalında Qəzza etirazı

Tarix: 09:21 19.05.2025
İsveçrədə keçirilən Eurovision finalında İsrailin iştirakı əks-səda doğurub. Etiraz aksiyaları gecə saatlarına qədər davam edib.
Polislə etirazçılar arasında toqquşma baş verib. Onlar “Soyqırıma yer yoxdur” yazılan plakatlar, Fələstin bayraqları və Fələstinin simvolu olan keffiye ilə yürüş ediblər. Polis gözyaşardıcı qaz və səs bombaları ilə etirazçılara müdaxilə edib.
İsveçrəlilər İsrailin Eurovision iştirakına etiraz etmək üçün küçələrə axışıblar. İştirakçılar təkcə “Eurovision”a deyil, Qəzzada baş verən hücumlara da reaksiya veriblər.
Mənbə: CNN Türk
Zəhra Möhübbətova