"Biz İranla strateji əməkdaşlıq qurmalıyıq"-Ermənistanın keçmiş prezidenti:

Bölmə: Siyasət › ,
Tarix: 16:34 19.05.2025

 

"İnformator.az" İran KİV-ə istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransında vurğulayıb ki, İrəvan Rusiya ilə münasibətləri bərpa etməli və İranla strateji tərəfdaşlıq qurmalıdır.

 

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinə İran da əlavə olunmalı və bu əlaqələr üçtərəfli formata çevrilməlidir. R.Koçaryan, habelə İrəvan-Moskva münasibətlərindəki gərginliyə görə Ermənistanın baş naziri Nikol Paşinyanın məsuliyyət daşıdığını bildirib.