Ukrayna və Rusiya arasında memorandum

Bölmə: Siyasət › ,
Tarix: 22:50 20.05.2025

Ukrayna münaqişənin nizamlanması üçün Rusiya ilə memorandum imzalaya bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Zeynal Əmrəliyev bildirir ki, Rusiya və Ukraynanın arasında memorandum imzalanması, sözsüz ki, Rusiyanın mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir:

 

“Bundan istifadə edərək Rusiya Ukraynada tutduğu torpaqlar üzərindəki legitimliyini artıra bilər. Eyni zamanda da Qərb ölkələri ilə münasibətləri yaxşılaşdıra və Qərbin sanksiyalarından yayına bilər. Bu həmçinin Ukrayna üçün də keçərlidir. Ukrayna da bundan istifadə edərək Rus bombardımançıları dayandıra bilər. Rusiyanın bombalara davam etməsi Ukrayna iqtisadiyyatına çox böyük mənfi təsir göstərir. Həmçinin Ukraynanın enerji sahəsində ciddi əngəllərin yaranmasına gətirib çıxarır. Əsaslanaraq demək olar ki, Ukraynanın böyük şəhərləri istisna olmaqla, ölkənin bütün ərazilərində enerji sahəsi məhv olub və bu da yaşam standartlarının çox aşağı düşməsini göstəricisidir. Bu kimi amillərə görə, Ukrayna-Rusiya memorandum imzalamaqda haqlıdır. Rusiya da Qərbin ağır sanksiyalarından əsasən qaçmaq üçün bu addımı atır. Çünki bu müddət ərzində Qərb ölkələri Rusiyaya çox ağır sanksiyalar tətbiq ediblər. Məlum olduğu kimi ABŞ və Aİ Rusiya qarşı yeni sanksiya hazırlayır. Bu Rusiya iqtisadiyyatına çox ağır təsir göstərəcək amildir. Onsuzda Rusiya mərkəzi bankı bununla bağlı xəbərdarlıq edibki, yeni sanksiyalar Rusiya iqtisadiyyatının çöküşünə səbəb ola bilər. Çünki ölkənin bir neçə bankı sıradan çıxıb. Bəli, bu amillər həm Rusiyanın Qərbin sanksiylarını dayandırmaq, həm də beynəlxalq ictimaiyyət qarşısında legitimini qazanmaq baxımından əhəmiyyətlidir. Ukrayna üçün də Rusiyanın təcavüzünü müəyyən qədər stimullaşdırmaq və bombaların qarşısını almaq baxımından yaxşıdır. Bu memorandum imzalanması atəşkəsin təməlidir. Hazırda atəşkəs hər iki tərəf üçün lazımdır. Çünki ciddi şəkildə insan və silah ehtiyatı hər iki tərəfdə problemdir”.

 

Aysel Mirzəyeva