Ermənistanda Putin təhqir edilib - Rusiyadan reaksiya

Tarix: 09:12 21.05.2025
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda Rusiya prezidenti əleyhinə təhqiramiz plakatlarla bağlı insidentləri şərh edib.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, Rusiya XİN nümayəndəsi bu cür təxribatların kökündə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılan maliyyə vəsaitlərinin dayandığını bildirib.
“İrəvandakı ABŞ səfirliyində kimsə hələ də köhnə sxemlərlə yaşayır. Görünür, USAID-dən ayrılan pullar hələ də qalıb və bu cür layihələrə yönəldilib”, – deyə Zaxarova vurğulayıb.