Yanıb sona çatan küldür -MUSİQİ

Tarix: 21:57 22.05.2025
Musiqi
Tarçı, möhkəm yerdən köklə tarını
Laləzar içində güldür musiqi.
Bəşərin əhvalın sərxoş eyləyən,
Badəyə süzülən müldür musiqi.
Şahnazı, Şüştəri, həm Cahargahı
Qatarı, Mahuru, Zabul Segahı
Dəştisi, Kəsməsi, xoş muğamatı
Dağlardan çağlayan seldir musiqi.
Anlayan adama təsir eyləyən,
Dilində Füzuli qəzəli bitən,
Seyiddən başlayıb, Vahiddən deyən,
İnsanı yaşadan dildir musiqi.
Zeynəbin, Cabbarın, Xanın səsində
Alışıb yandırdı daş nəfəsində
Birinin ya eşqi, ya həvəsində
Yanıb sona çatan küldür musiqi.
Turan Qarazadə
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi, 1ci kurs tələbəsi