Türkiyə səfiri ADA Universitetinin rektoru ilə akademik əməkdaşlığı müzakirə edib

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:38 26.05.2025

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.


“Səfirimiz Birol Akgün ADA Universitetinin rektoru Hafiz Paşayevi ziyarət edib. Görüş zamanı ölkələrimiz arasında akademik əməkdaşlıq imkanları müzakirə olunub”, - paylaşımda vurğulanıb.