Bir həftədə 6 boz balina ölü tapılıb

Tarix: 20:45 30.05.2025
San-Fransisko Körfəzi bölgəsində bir həftə ərzində 6 boz balina ölü halda sahilə vurub.
Kaliforniya Elmlər Akademiyası 21 may tarixindən əvvəlki günə qədər San-Fransisko Körfəzinin müxtəlif yerlərində 6 boz balinanın ölü tapıldığını açıqlayıb.
Rəsmilər bu il bölgədə qeyri-adi dərəcədə çox sayda balina müşahidə olunduğunu, lakin ölüm səbəblərinin hələ tam müəyyən edilmədiyini bildiriblər.
Bundan əlavə, bu il San-Fransisko Körfəzi bölgəsində ümumilikdə 14 boz balina və 1 mink balinasının öldüyü, onlardan 3-nün gəmi ilə toqquşma nəticəsində həyatını itirdiyi qeyd olunub.
Haber Global
Nuray Əliyeva